Azərbaycanda üç avtomobil toqquşdu: qəza anı kameraya düşdü (VİDEO)

Azərbaycanda üç avtomobil toqquşdu: qəza anı kameraya düşdü (VİDEO)

İmişli rayonunda yol qəzası baş verib.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, üç avtomobil toqquşub, üç nəfər xəsarət alıb. 

İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

Bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu CabbarovEyvaz Təvəkkül oğlu Soltanovdur

Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR