Ölkə 13:02 18.07.2019

"Azərbaycanda vəkillərin öz himni olsun" (TƏKLİF)

Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov Azərbaycan vəkilləri üçün himn yazılması təklifi ilə çıxış edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Ə.Hüseynov hətta himn üçün mətn də yazıb. 

Həmin şeiri oxucularımıza təqdim edirik: 

Vəkilliyin himni

Haqq və ədalətə söykənərək biz,
Qoy haqla döyünsün daim qəlbimiz!
Ana Qanun bizə hər şeydən əziz!
Vicdanımız olsun təmizdən təmiz!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Qanundur hər şeydən uca cahanda,
Sadiqik biz xalqa verilən anda!
Xalqın xidmətində mətanətliyik,
Bu xalqın oğluyuq, xalq qeyrətliyik!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Haqq həm qılıncımız, həm qalxanımız,
Haqq olsun cismimiz həm də canımız!
Haqqa, ədalətə söykənib gedək,
Haqla, ədalətlə vəkillik edək!
Hakim olsun bizə öz vicdanımız,
Haqq olsun damarda axan qanımız!

Əli Hüseynov
18.07.2019