Ekonomiks 12:01 25.11.2013

Azərbaycanda yeni aerodrom tikilir

Türkiyənin HAVELSAN şirkəti Azərbaycanın hərbi aerodromun inşası layihəsinə qatılıb.

Bu barədə APA-ya açıqlamasında HAVELSAN şirkətinin baş direktoru Sadik Yamac məlumat verib.

Şirkət rəhbərinin sözlərinə görə, başlanğıcda Azərbaycan hökuməti Sitalçay aerodromunun modernləşdirilməsi layihəsini elan etsə də, sonradan plan dəyişdirilib.

Yeni hərbi hava limanının inşasına başlanılıb. Yeni hava limanında inşaat işləri Türkiyənin Koza Savunma, elektronik sistemlərlə təchizat, inteqrasiya və proqramlaşdırma ilə bağlı işləri isə HAVELSAN şirkətlərinə həvalə olunub.

Ümumilikdə, aerodromda İT ilə bağlı bütün sistemləri, o cümlədən radarların «ağılını» HAVELSAN yazacaq.

Qeyd edək ki, Bakı yaxınlığında inşa olunan aerodromun yeri açıqlanmır. 

Qaynar.info