Ölkə 14:48 21.05.2014

Azərbaycanda yeni akademiya yaradılır

Azərbaycan Gömrük Akademiyası sentyabrda fəaliyyətə başlayacaq.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbələrin seçimini aparacaq: "Biz qarşıdakı tədris ilində 40 tələbəni qəbul etməyə hazırıq. Onlar gömrük sahəsinin özəllikləri nəzərə alınmaqla iqtisadi və digər fakültələrdə təhsil alacaqlar".

A.Əliyev qeyd edib ki, akademiyanın fəaliyyət göstərməsi üçün zəruri infrastruktur hazırdır: "Biz artıq hazırlıq işlərini yekunlaşdırırıq. Müəllim heyətinə gəlincə, birinci mərhələdə onlar yerli mütəxəssislər olacaqlar, gələcəkdə isə xaricdən müəllimlər dəvət ediləcək. Biz eyni zamanda, xarici ekspertləri mütəmadi olaraq ali məktəbə dəvət etmək niyyətindəyik" /Trend/.