Ölkə 09:44 14.01.2018

Azərbaycanda yeni muzey açıldı

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Qaynarinfo Trend-ə istinadən bildirir ki, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.