Ölkə 09:21 17.01.2018

Azərbaycanda yeni qurum yaradıldı

"Azərbaycan Sənaye Korporasiyası” ASC dövlət qeydiyyatına alınıb.
 
Qaynarinfo "Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 500 mln. manatdır.
 
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev 40C, qanuni təmsilçisi Kamran Nəbizadədir.
 
Şirkət dövlət qeydiyyatına ötən il dekabrın 8-də alınıb.