Ölkə 19:13 04.09.2017

Azərbaycanda yeni sahəvi sayt fəaliyyətə başladı

Azərbaycanda yeni sahəvi sayt fəaliyyətə başlayıb.

Medicina.az - orijinal media və MEDin müştərək layihəsidir. Daha uzağa getmək, dost-tanışa zəng etmək, qohum-əqrəbadan soruşmaq lazım olmayacaq. 

Artıq evdən çıxmayıb, bu sayta daxil olmaqla tibb sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəksiniz: Çünki indi hamımızı maraqlandırır - peşəkar həkimlər, güvənli xəstəxanalar, dəqiq diaqnozlar, müxtəlif xəstəliklərlə ətraflı tanış olmaq... 

Bu bilgiləri öyrənməyin ən yaxın və səhih yolu MEDİCİNA.az saytına daxil olmaqdır. Bu internet portalı həm də tibb dünyasında baş verən ən son hadisələr, yeniliklər barədə anındaca məlumatlar yayınlayır. 

Sayt  eyni zamanda tibb sahəsində çalışanların tribunası olmağı, onları dünya təcrübəsi ilə tanış etməyi, qabaqcıl ölkələrin təcrübələrini, elmi nailiyyətlərini geniş şəkildə işıqlandırmağı hədəfləyib. . 

Medicina.az-ın məqsədlərindən biri də  oxucuları, səhhətində problemi olan insanları maraqlandıran suallarla bağlı araşdırma aparmaq, onları düzgün müalicəyə istiqamətləndirməkdir. 

Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparacaq, tanınmış həkimlərdən vaxtaşırı müsahibələrə təqdim edəcək, həkim məsləhətləri yayımlayacaq. 

Saytın bütün sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir.

Qaynarinfo.Az