Siyasət 17:49 02.05.2013

Azərbaycanda yeni siyasi blok yarandı

Azərbaycanda yeni siyasi blok formalaşır. Belə ki, Ədalət və Yaşıllar Partiyası sabah blok şəklində rəsmi olaraq formalaşacaq.

Yaşıllar Partiyasının sədri Mais Güləliyev “Qafqazinfo”ya açıqlamasında yeni yaranacaq blokun məqsədləri haqda məlumat verib. Onun sözlərinə görə, blokun yaranmasında məqsəd Azərbaycan xalqının təhlükəsizliyi, maddi mənəvi tərəqqisi naminə Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılması, sağlam ətraf mühitin, sosial ədalətə, demokratiyaya, davamlı inkişafa, insan hüquq və azadlıqlarının təmin edilməsinə, həmçinin azad iqtisadiyyatın, qanunun aliliyi və hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlət qurmaqdır. Siyasi blok bütün seçkilərdə o cümlədən qarşıdan gələn prezident seçkilərində də aktiv iştirak edəcək”, - deyə qeyd edib.

Qaynar.info