Ölkə 14:20 14.11.2019

Azərbaycanda yol qəzalarında nə qədər insan həlak olub?

Bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, həmin qəzalarda 557 nəfər ölüb, 1178 nəfər yaralanıb.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib ki, nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisələrin 70,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.