Ölkə 12:11 07.01.2013

Azərbaycanda yol vergisi artırıldı

Azərbaycanda avtomobil sahiblərindən tutulan yol vergisi artırılıb.

Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən,Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyatvasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalındaistifadə olunan kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarınınavtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisinindərəcələri mühərrikin həcmindən asılı olaraq dəyişdirilib. Yenilik VergiMəcəlləsinin 211.1.2-ci maddəsindəki cədvələ edilən dəyişikliyəəsaslanır.

Yeni qaydaya əsasən, nəqliyyat vasitəsinin mühərrikinin həcmiartdıqca, yol vergisinin dərəcəsi yüksələcək. Artımı daha çoxmühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan nəqliyyat vasitələrininsahibləri hiss edəcəklər. Məsələn, mühərrikin həcmi 4000 kubsantimetrolan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği 60 manatdan 70manata, mühərrikin həcmi 5000 kubsantimetr olan nəqliyyat vasitələrinəgörə yol vergisinin məbləği isə 80 manatdan 110 manata və s. artırılıb.

Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki yeni cədvəl:

 

 

 

Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri, avtobuslar və digər

avtomobil nəqliyyatı vasitələri:


- mühərrikin həcmi 2000 kubsm olduqda

20 manat

- mühərrikin həcmi 2000 kubsm-dən 3000 kubsm-dək olduqda

20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox olan hissəsinin  hər kubsm-ə görə 0,02 manat

- mühərrikin həcmi 3000 kubsm-dən 4000 kubsm-dək olduqda

40 manat + mühərrikin həcminin 3000  kubsm-dən çox olan hissəsinin  hər kubsm-ə görə 0,03 manat

- mühərrikin həcmi 4000 kubsm-dən

5000 kubsm-dək olduqda

70 manat + mühərrikin həcminin 4000  kubsm-dən çox olan hissəsinin  hər kubsm-ə görə 0,04 manat

- mühərrikin həcmi 5000 kubsm-dən çox olduqda

110 manat + mühərrikin həcminin 5000  kubsm-dən çox olan hissəsinin  hər kubsm-ə görə 0,05 manat

 

Əvvəlki variant:

 

Vergitutma obyektinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsm-dək olduqda

- mühərrikin həcmi 2000 kubsm-dən çox olduqda

Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri

Mühərrikin həcminin hər kubsm-ə görə 0,01 manat

20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox hissəsi üçün hər kubsm-ə görə 0,02 manat

Mühərrikin həcminin hər kubsm-ə görə 0,02 manat