Xəbər lenti

Azərbaycanda yüksək vəzifəli dövlət məmuru saxlanıldı
Ölkə 14:50 04.11.2017

Azərbaycanda yüksək vəzifəli dövlət məmuru saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->