Ölkə 17:41 15.05.2013

Azərbaycanda zavod partladı

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus zavodda partlayış verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində fəhlə işləyən, 1956-cı il təvəllüdlü Adıgözəl Məhərrəmov sexlərdən birində dəzgahın partlaması nəticəsində ağır xəsarət alıb.

A. Məhərrəmov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info