İdman 22:17 08.02.2018

Azərbaycandan bu səkkiz futbolçu anti-dopinq testi verib (SİYAHI)

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqa klublarının futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş anti-dopinq yoxlamasından keçiblər.

Oxu.Az xəbər verir ki, 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib.

Həmin futbolçular bunlardır: Amil Yunanov, Eltac Mirzəyev (hər ikisi "Sumqayıt”), Denis Silva, Sinan Akkoyun (hər ikisi "Keşlə”), Kamran Abdullazadə ("Kəpəz”), Vüqar Mustafayev ("Zirə”), Emil Balayev ("Səbail”) və Ülvi İbazadədir ("Qəbələ”).

Qeyd edək ki, bu futbolçuların verdiyi testlərin nəticələri daha sonra açıqlanacaq.