Siyasət 14:02 17.05.2013

Azərbaycandan İtaliyaya 115 milyon avro dəyərində SİFARİŞ

Azərbaycan İtaliya şirkətinə 115 milyon avro dəyərində 10 helikopter sifariş verib.

Bu barədə APA-ya İtaliya firması olan “Finmeccanica”ya daxil olan “AgustaWestland” şirkətindən bildirilib.

“AgustaWestland” şirkəti sifarişçinin Azərbaycan Hava Yolları (AZAL) olduğunu bildirib. Şirkət “AZAL”ın sifariş verdiyi helikopterlərin markasını da açıqlayıb. Bunlar 8 ədəd “AW139” və iki ədəd “AW189” helikopterləridir. Ümumi dəyəri 115 milyon avro olan helikopterlərin ilk partiyası bu ilin ikinci yarısından başlayaraq Azərbaycana çatdırılacaq. Sifarişin 2014-cü ilə qədər tamamlanacağı bildirilir.

Azərbaycan tərəfinin 4 ədəd AW139 və 2 ədəd AW189 helikopterləri dəniz nəqliyyatı üçün, 2 ədəd AW139 helikopteri tibbi yardım xidməti üçün, 1 ədəd AW139 helikopteri axtarış və xilas etmə əməliyyatları üçün, 1 ədəd AW139 helikopteri isə VİP nəqliyyat xidməti üçün nəzərdə tutulub.

Qaynar.info