Ekonomiks 20:10 31.03.2018

Azərbaycandan xaricə pul köçürmələrinin azalmasının səbəbi açıqlandı

2017-ci ildə neft-qaz sektoru üzrə 1 846,8 mln. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollar profisit olub.

"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd.dollar olub. Bunun 70%-i (3 mlrd.dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln.dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln.dollar) təşkil edir.