İdman 12:13 13.08.2013

Azərbaycanı Dubayla müqayisə etdilər

“Azərbaycan millisinin oyunlarını görmüşəm. Deməliyəm ki, yığmanız oynamaq üçün maraqlı komandadır”. 

Apasport.az saytının məlumatına görə, bu fikirləri Malta yığmasının kapitanı Mihael Mifsud səsləndirib.

Azərbaycanla yoldaşlıq görüşü keçirmək üçün Bakıya gələn Malta millisinin lideri mətbuat üçün açıq məşq öncəsi azərbaycanlı jurnalistlərin qarşısına çıxıb.

Hücumçu millimizin matçlarının yetərincə maraqlı keçdiyini bildirib: “Bakını, meydançanı bəyənirəm. Sabahkı oyun barədə çox yaxşı fikirdəyəm. Düşünürəm ki, maraqlı görüş olacaq”.

İyunda rəsmi oyunlar çərçivəsində Ermənistan yığmasına İrəvanda 1:0 hesabı ilə qalib gələn maltalılar bununla daha çox diqqət mərkəzinə düşüblər.

Mifsuddan Azərbaycan və Ermənistanı, eləcə də bu ölkələrin futbolunu müqayisə etməsini istədik: “Burdakı şəraitdən, qaldığımız yerdən çox razıyam. Biz şəhərin mərkəzində məskunlaşmışıq. Azərbaycanı Ermənistanla yox, Dubayla müqayisə etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Azərbaycan – Malta oyunu saat 21:00-da başlayacaq.

İdman24.az