Sənət 17:21 22.10.2014

Azərbaycanı “Türkvision”da o təmsil edəcək

Azərbaycanı “Türkvision” 2014 yarışmasında təmsil edəcək müğənni müəyyənləşib.

Lent.az-ın məlumatına görə, noyabrda Kazanda keçiriləcək mahnı yarışmasında ölkəmizi 25 yaşlı Elvin Quliyev təmsil edəcək. O, “Atv” telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasının qalibi olduğu üçün Rusiyada keçirləcək tədbirə qatılmaq hüququ qazanıb.
 
Qeyd edək ki, “Türkvision” 2014 mahnı yarışmasının yarımfinalı noyabrın 19-da, finalı isə 21-də olacaq. Azərbaycanın nümayəndə heyəti səfərə noyabrın 16-sə yola düşəcək və Kazanda bir neçə məşq baş tutacaq.
 
E.Quliyevin yarışmada ifa edəcəyi mahnı da artıq hazır olmaq üzrədir. "Divlərin yalqızlığı" adlanan mahnının bəstəkarı Elza Seyidcahan, sözləri müəllifi Ayşə xanımdır. Arenjeman işini isə Yaşar Baxış görüb.
 
Qeyd edək ki, mahnı yarışmasında 25-ə yaxın ölkənin təmsilçiləri qatılacaq.

Qaynar.info