Ölkə 18:40 12.12.2017

Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi

Dünən axşam tanınmış azərbaycanlı bilyardçı vəfat edib.

Qaynarinfo xəbər verir ki, dəfələrlə çempionluğa sahib olan Emin Hüseynov dünən Bakıda dünyasını dəyişib. Bu barədə Trend-ə onun qardaşı Dünya Gözəllik Konqresinin prezidenti Zamiq Hüseynov məlumat verib.

Bilyardçının 38 yaşında ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Emin Hüseynov beynəlxalq dərəcəli idman ustası olub. 2001-ci ildə təşkil olunmuş piramida üzrə dünya çempionatının dördüncüsü olmağı bacarıb. O, Azərbaycanda keçirilən bilyard yarışlarında 6 dəfə birinci yerə layiq görülüb.