Ölkə 14:40 21.04.2018

Azərbaycanın bütün baş nazirləri (SİYAHI)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasına yeni Baş nazir təyin olunub. İlham Əliyevin təqdimatı ilə Milli Məclis prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun bu posta təyinatı rəsmiləşib. O, Baş nazir vəzifəsində Artur Rasizadəni əvəzləyib.

Qaynarinfo xəbər verir ki, Novruz Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSRİ və müstəqillik dönəmində bu posta təyin edilən 28-ci baş nazir olub.

Bundan başqa daha 3 nəfər bu vəzifəni müvəqqəti icra edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 30 mart 1920-ci ildə bu vəzifəni müvəqqti icra etməyə başlayan Məmmədhəsən Hacınski cümhuriyyətin sonuncu Baş naziri olub.

Azərbaycan müsətiqqilik qazandıqdan sonra - ilk illərdə Firuz Mustafayev və Əli Məsimov da müvəqqəti olaraq bu vəzifəni idarə edib.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

1. Fətəli xan Xoyski (1875-1920) - Bitərəf
Səlahiyyət müddəti: 25.05.1918 -14.04.1919

2. Nəsib bəy Yusifbəyli (1881–1920) - Müsavat Partiyası
Səlahiyyət müddəti: 28.05.1919 - 30.03.1920

Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (1922–1936) və Azərbaycan Sovet Sosialist Respublikası (1936-1991)

Xalq Komissarları Sovetinin Sədrləri

3. Nəriman Nərimanov (1870–1925) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 28.04.1920 - 06.05.1922

4. Qəzənfər Musabəyov (1888–1938) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 06.05.1922 - 14.03.1930

5. Dadaş Bünyadzadə (1888–1938) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 14.03.1930 - 23.10.1932

6. Mir Cəfər Bağırov (1896–1956) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 23.10.1932 - 12.12.1933

7. Hüseyn Rəhmanov (1902–1937) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 12.12.1933 - 22.08.1937

8. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 13.11.1937 - 28.03.1946

Nazirlər Sovetinin sədrləri

9. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 28.03.1946 - 06.04.1953

10. Mir Cəfər Bağırov (1896–1956) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 06.04.1953 - 20.07.1953

11. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 20.07.1953 - 01.03.1954

12. Sadıq Rəhimov (1914–1975) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 01.03.1954 - 08.06.1958

13. Vəli Axundov (1916–1986) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 08.06.1958 - 10.07.1959

14. Məmməd İsgəndərov (1915–1985) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 10.07.1959 - 29.12.1961

15. Ənvər Əlixanov (1917–1992) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 29.12.1961 - 10.04.1970

16. Əli İbrahimov (1913–1985) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 10.04.1970 - 22.01.1981

17. Həsən Seyidov (1932–2004) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 22.01.1981 - 27.01.1989

18. Ayaz Mütəllibov (1938–) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 27.01.1989 - 26.01.1990

19. Həsən Həsənov (1940–) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 26.01.1990 - 07.02.1991

Azərbaycan Respublikası dövrü (1991–cari)

20. Həsən Həsənov (1940–) - Bitərəf
Səlahiyyət müddəti: 07.02.1991 - 04.02.1991

21. Rəhim Hüseynov (1936–) - Bitərəf
Səlahiyyət müddəti: 14.05.1992 - 30.01.1993

22. Pənah Hüseynov (1957–) - Azərbaycan Xalq Cəbhəsi
Səlahiyyət müddəti: 28.04.1993 - 30.06.1993

23. Surət Hüseynov (1959–) - Hərbi
Səlahiyyət müddəti: 30.04.1993 - 07.10.1994

24. Fuad Quliyev (1941–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 07.10.1994 - 20.06.1996

25. Artur Rasizadə (1935–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 20.06.1996 - 04.08.2003

26. İlham Əliyev (1961–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 04.08.2003 - 04.11.2003

27. Artur Rasizadə (1935–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 04.11.2003 - 21.04.2018

28. Novruz Məmmədov (1947–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 21.04.2018 - 

Müvəqqəti

Məmmədhəsən Hacınski (1875–1931) - Müsavat Partiyası
Səlahiyyət müddəti: 30.03.1920 - 28.04.1920

Firuz Mustafayev - Bitərəf
Səlahiyyət müddəti: 04.03.1992 - 14.05.1992

Əli Məsimov (1953–) - Azərbaycan Xalq Cəbhəsi
Səlahiyyət müddəti: 05.02.1993 - 28.04.1993

Aydın