Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə - Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.
Maqnitudası 3,7 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Şərhlər