İdman 21:12 04.02.2018

Cüdoçumuz açıq Avropa Kubokunda daha bir medal qazandı

Azərbaycanın Cüdo üzrə yığma Komandası açıq Avropa Kubokunda daha bir medal qazanıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, Uşanqi Kokauri 100 kq çəki dərəcəsində Sofiyada keçirilən cüdo üzrə açıq Avropa Kubokunda bürünc medal qazanıb.

Kokauri ardıcıl olaraq ispan Çelaru Qriqorasa, daha sonra ukraynalı Andrey Kolesnikə qalib gəlib. Lakin yarımfinalda belçikalı Bencamin Harmenisə məğlub olub.
O, təsəlliverici görüşdə ukraynadan olan Stanislav Bondarenkoya qalib gələrək, turniri üçüncü yerdə başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir idmançısı Tofiq Məmmədov 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.