"UniBank”ın əsas rəhbərlərindən biri Eldar Qəribov Malta vətəndaşlığı alıb.

Qaynarinfo a24.az-a istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı fikirlərini hətta bir il əvvəl reallaşdırmağa başlayıb.

Səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Qəribovun bu addımı atma səbəbi daha maraqlıdır. Çünki nəzərə alsaq ki, kifayət qədər investisiyası olan və cari bankda samballı bir siması olan belə bir şəxsın bu seçimi maraqlı bir sual ortaya çıxır. 

Lisenziyası ləğv olunanlar siyahısında növbəti bank "UniBank”dırmı?

Sualın cavabı yəqin ki, yaxın gələcəkdə özünü göstərəcək.