Ölkə 15:46 24.09.2018

Azərbaycanın daha bir universitet bağlanır: tələbələr köçürülür

Bakı İslam Universiteti bağlanır.

Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

"Mənə verilən məlumata görə, Bakı İslam Universiteti fəaliyyətini dayandırır. Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər.Aldığım məlumata görə artıq bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb" deyə ekspert bildirib.

Qeyd edək ki, ölkədə İlahiyyat Universiteti yarandığı üçün bu addımın atıldığı bildirilir.