Ölkə 11:02 02.07.2018

Azərbaycanın daxili işlər nazirləri: kim neçə il işləyib? (SİYAHI)

Bu gün - 2 iyul Azərbaycan polisi günüdür. Polis orqanlarının yaranmasından 100 il ötür. Düz 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı.

Qaynarinfo sizə Azərbaycan Xalq Cümhuriyyəti, sovet dönəmi və müstəqillik illərində daxili işlər naziri oçmuş şəxslərin siyahısını təqdim edir:
 
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri:

1. Fətəli Xan İsgəndərxan oğlu Xoyski (28 may 1918 - 17 iyun 1918)
2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918 - 26 dekabr 1918)
3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)

Azərbaycan SSR-in daxili işlər nazirləri:

1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)

Müstəqillik illərində daxili işlər naziri vəzifəsini tutanlar:

1. Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
2. Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
3. Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
4. Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
5. Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
6. Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
7. Usubov Ramil İdris oğlu (29.04.1994)