Ölkə 13:32 22.07.2013

Azərbaycanın ən böyük məscidi tikilir - VİDEO

Ölkənin ən böyük məscidi Binəqədi rayonunda inşa edilir. 

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov "Facebook" sosial şəbəkəsindən ona ünvanlanan məscidlərin azlığı ilə bağlı sualla videomüsahibə ilə cavab verərkən deyib. O, məscidlərin azlığı ilə razılaşmayıb. 

Azərbaycan müstəqillik qazandıqda 17 məscid var idisə, bu gün ölkədə iki minə yaxın məscid mövcuddur. 20 il ərzində ibadət edilən məscidlərin sayı 100 dəfəyədək artıb. 

Onun sözlərinə görə, köhnə məscidlərin əksəriyyəti təmir edilib. Prezidentin təşəbbüsü ilə Binəqədidə inşa edilən ökənin ən böyük məscidində inşaat işləri bitəndən sonra,yaxın vaxtlarda orada ibadət edə bilərlər.

Qaynar.info