Video 22:43 16.02.2018

Azərbaycanın hansı bölgələrində insanlar daha az yaşayır? (VİDEO)

Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi uzunömürlülüklə bağlı birgə araşdırmalar aparır. Məqsəd uzunömürlülüyün sirlərini öyrənmək və bunun insanların həyatında tətbiqinə nail olmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi uzunömürlülüklə bağlı birgə tibbi tədqiqatlar aparacaq. Məqsəd insanın uzun illər yaşamasını təmin edən faktorları müəyyənləşdirmək və bunu insanlara tövsiyyə etməkdir.

Milli Elmlər Akademiyasının Fiziologiya İntitutunun direktoru Ulduz Həşimova deyir ki, artıq tədqiqatlar nəticəsində bir insanın maksimum nə qədər yaşaya biləcəyi təsbit olunub.

Ulduz Həşimova qeyd edir ki, insanın ömrünü uzadan əsas amillər onun aktiv həyat tərzi keçirməsi ilə birbaşa bağlıdır. Genetik faktor burda çox cüzi rol oynayır.

Mütəxəssis uzunömürlü olmaq üçün daim hərəkətdə olmağı, təbii qidalanmaya xüsusi diqqət yetirməyi və oturaq həyat tərzindən uzaq durmağı tövsiyyə edir.