Sənət 17:54 02.12.2017

Azərbaycanın iki xalq artisti birgə konsert verəcək

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artistləri Fərhad BədəlbəyliMurad Adgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.

Qaynarinfo report-a istinadən xəbər verir ki, konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsrləri səslənəcək.