Siyasət 20:56 25.08.2019

Azərbaycanın "qara siyahı"sına neçə nəfər düşüb?

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri "arzuolunmaz şəxslər" siyahısına salır. 

Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında hazırda 803 şəxs var.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var. 

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır. 

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır. (oxu.az)