Sənət 14:36 14.08.2014

Azərbaycanın siyasi mühacirləri haqqında 17 seriyalı film çəkilir - VİDEO


13 avqust 2014-cü ildə "Mühacirlər" sənədli serialının ilk bölümünün təqdimatı və ictimai müzakirəsi keirilib.

Qaynar.info xəbər verir ki, təqdimat mərasimi bir neçə gün əvvəl RATİ-də baş tutmalı idi. Lakin RATİ prokurorluq tərəfindən bağlandığı üçün Müsavat qərərgahında keçirildi.

Film Azərbaycandan siyasi baxışlarına görə təqiblərə, təhdidlrə məruz qalaraq ölkəni tərk etmiş mühacirlərin həyatından bəhs edir.

Hər bölümü bir mühacir haqqında bəhs edən sənədli serial ümumilikdə 17 seriyadan ibarət olacaq. Serialın müəllifi "Ruslar Vadisi- Orxan" analitik filmini ərsəyə gətirən Laçın Məmişovdur. Filmin geniş izləyici auditoriyasına təqdim olunması yaxın gələcəkdə gözlənilir. Müəllif bildirib ki, hal-hazırda media qurumlarından biri ilə demək olar ki, filmin yayımlanması üçün razılıq əldə olunub. Yaxın günlərdə bu haqda ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, bu mövzuda film çəkilir. Filmin heç bir sponsoru və maliyyə dəstəyi yoxdur.

Qaynar.info