Ölkə 12:46 24.08.2013

Azərbaycanın tanınmış diplomatı qəzada öldü

Azərbaycanın tanınmış diplomatı Cavanşir Mehdixan oğlu Vəkilov 62 yaşında dünyasını dəyişib. 
Bu barədə "modern.az" saytına vəkil Səməd Vəkilov məlumat verib. Bildirib ki, diplomat ötən gün düşdüyü ağır yol qəzasında faciəvi şəkildə ölüb. 
Qeyd edək ki, 1951-ci ildən Bakı şəhərində anadan olan C.Vəkilov 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra edib.
C.Vəkilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı, Dövlət İdarəçilik Akademiyasının müəllimi işləyirdi.
Qaynar.info