Sənət 21:50 07.07.2018

Canlı yayımda intihara cəhd edən yazarın qardaşı: "Vəziyyəti yaxşıdır" (YENİLƏNİB)

"Hər şey qaydasındadır, çox şükür. Cəlil çox qan itirməyib. Vəziyyəti yaxşıdır". 

Bu barədə Lent.az-a bir qədər əvvəl canlı yayımda intihara cəhd edən yazar Cəlil Cavanşirin qardaşı Seymur bildirib. 

Onun sözlərinə görə, hələlik hadisə yerinə polis əməkdaşları gəlməyib. Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları C. Cavanşirə yardım göstəriblər: "Huşu özündədir. Allaha şükürlər olsun".   

***18.40

Tanınmış yazar və şair Cəlil Cavanşır "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib.  

Qaynarinfo-nun məlumatına görə, şair sosial şəbəkədəki dostlarına vida nitqi söyləyib.

Bundan sonra o, sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.

Cəlil Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar cəhdindən yayındırıb.