Ekonomiks 21:53 15.10.2018

Azərbaycanın tütün istehsalı ilə bağlı proqnozları

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı "Azərtütün” MMC 3 min ton tütün istehsal etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib: "Bu il Azərbaycanda ümumilikdə 6 min ton tütünün istehsal olunması planlaşdırılır ki, onlardan, bizim hesablamalarımıza əsasən, 3 min tonu "Azərtütün” MMC-nin payına düşür”.

K.Nəbizadə əlavə edib ki, bu il tütün səpini sahəsi 2387 hektar təşkil edib və yığılan tütün Balakəndə istehsal məntəqəsində saxlanılır.