Xalq artisti Yuri Baliyevin vida mərasiminin keçiriləcəyi yer məlum olub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, aktyorun vida mərasimi martın 28-i saat 12:30-da Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) keçiriləcək. 

Qeyd edək ki, xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Y.Baliyev bu gün səhər saatlarında vəfat edib. 

O, 1949-cu il aprelin 23-də dünyaya gəlib. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol alıb. Onun yaratdığı Ayı (A.P.Çexov, "Ayı"), Bernardo (L.de Veqa, "Xitroumnaya vlüblennaya"), Rasputin (R.İbrahimbəyov, "Petlya"), Çingizxan (M.Şaxanov, "Çingizxanın sirri"), İxtiyar (N.Xəzri, "Burla Xatun"), Şamrayev (A.P.Çexov, "Qağayı"), Professor (N.Rəsulzadə, "Nonsens") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.