Video 11:49 02.08.2018

Azərbaycanın xalq mahnısı 6 ölkənin müğənnilərinin ifasında (VİDEO)

20-28 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bəzi MDB dövlətlərindən qatılan gənclərin iştirak etdiyi "Yaradıcılıq emalatxanası" beynəlxalq düşərgəsi təşkil olunub.

Qaynarinfo xəbər verir ki, 6 müxtəlif ölkədən olan estrada ifaçılığı qrupu qala-konsertə hazırlıq ərəfəsində Azərbaycanın "Ağacda alma" xalq mahnısını səsləndiriblər.

Qrupun rəhbəri Azərbaycanın əməkdar artisti Şölə Səfərəliyevadır. Mahnını Adamçuk Nikita (Belarus), Lebedeva Kseniya (Rusiya), Tangirbergen Moldir (Qazaxıstan), Nigar Cəlilova (Azərbaycan), Bodui Nikoleta (Moldova), Rajabov Osimxon (Tacikistan), Hojiyeva Robiya (Tacikistan), Taka Korina (Moldova) ifa edirlər.

Sözügedən videonu sizlərə təqdim edirik:
 
Çingiz Səfərli