Ölkə 21:55 12.12.2017

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq müzakirə olunur

Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.