Ölkə 11:19 05.09.2017

Azərbaycanlı 15 yaşlı oğlan universitetə qəbul olundu (FOTO)

İsayev Elcan Sabir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.

"Qaynarinfo" xəbər verir ki, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.

Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.

Əlavə olaraq onu da qeyd edək ki,  2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.


Qaynarinfo.Az