Foto 14:30 13.08.2018

Azərbaycanlı ailənin Antalya tətili faciə ilə bitdi (FOTO)

Antalyanın Manavqat ərazisinə ailəsi ilə birlikdə dincəlmək üçün gələn Azərbaycan əsilli 10 yaşlı Ayxan Zamanov boğularaq dünyasını dəyişib.

Qaynarinfo Haberturk-ə istinadən xəbər verir ki, ərazidəki 5 ulduzlu hoteldə qalan Ayxan saat 14:00 radələrində ailəsi ilə otaqda dincəlib və 3 saat sonra hovuza üzməyə gedib. Bir müddət üzən azyaşlı boğulmağa başlayıb və ətrafdakılar onu hovuzdan kənara çıxarıblar. İlkin müdaxilədən sonra Serik Dövlət Xəstəxanasına aparılan Ayxan Zamanov yolda dünyasını dəyişib. Onun cəsədi ölüm səbəbini müəyyənləşdirmək məqsədilə Antalya Tibbi Ekspertiza Qurumuna aparılıb.

Gülşən