Azərbaycanlı aktrisa Gülay Hüseynova Türkiyədə seriala çəkilir. 

Musavat.com xəbər verir ki, o, Show TV-də yayımlanan "Yeni gəlin” serialında rol almağa başlayıb. Gülay seriala 57-ci bölümdən daxil olub. O,  bioenerji uzmanı Oksana obrazını canlandırıb.

Qeyd edək ki, Gülay Türkiyə tamaşaçısına Star TV-də yayımlanan "Kalbimin sultanı” serialından tanışdır.