Maqazin 16:37 16.01.2020

Azərbaycanlı aktyorun adından saxta hesablar açılır

Tanınmış komediya aktyoru Elməddin Cəfərov sosial şəbəkələrdə onun adından açılmış saxta hesablardan narahatdır.

Bu barədə Qaynarinfo-ya danışan Elməddin Cəfərov bildirib ki, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə açılan hesabların ona aidiyyəti yoxdur.

"Mən dəfələrlə müsahibələrimdə, televiziya  proqramlarımda bu barədə münasibət bildirmişəm. Mənim heç bir sosial şəbəkədə hesabım yoxdur. Sosial şəbəkələrdən tamamilə uzaq insanam. Mənim adımdan açılan hesablardan dostlarım vasitəsi ilə xəbər tutmişam. Bu hesabları yaradan şəxslərdən xahiş edirəm ki, saxtakarlıq edərək insanları çaşdırmasınlar”.