Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

Qaynarinfo-nun ölkə.az-a istinadən məlumatına görə, aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus "Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar.

E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib:

"Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar". 

Aktyor deyib ki, baş vermiş hadisəylə bağlı  Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizəylə müraciət edib. Faktla bağlı  təhqiqat araşdırmasına başlanılıb.