Foto 18:45 12.11.2019

Azərbaycanlı aktyorun toyundan görüntülər (FOTO/VİDEO)

Aktyor Elşad Süleymanı evlənib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, o, Səbinə adlı xanımla nikah masasına oturub. Cütlüyün toy məclisi ötən gün baş tutub.

Gecədə cütlüyün ailəsi, yaxınları ilə yanaşı, sənət nümayəndələri də qatılıblar.

Qeyd edək ki, Elşad "Vicdan haqqı” serialındakı Fuad obrazı ilə məşhurlaşıb. O, eyni zamanda Akademik Rus Dram Teatrının aktyorudur.