Foto 12:13 25.04.2018

Azərbaycanlı aparıcı ilə müğənni sevgili olduqlarını elan etdilər (FOTO)

Teleaparıcı Cavid Güllə müğənni Samirə Əfəndi sevgilidirlər. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, hər ikisi şəxsi "Instagram" səhifəsində bərabər şəkillərini paylaşaraq sevgili olduqlarını bu şəkildə elan ediblər.

İzləyicilər Cavid Gülün və Samirə Əfəndinin şəkillərinin altında onlara xoş arzularını yazıblar. Cütlük "Xoşbəxt olun" və bu kimi şərhlərə etiraz bildirməyib və bu da onların həqiqətən də sevgili olduqlarını isbat edir.