Maqazin 13:30 23.02.2016

Azərbaycanlı aparıcı şirkət açdı

İTV-nin aparıcısı Kamran Quliyev özü üçün media şirkət açıb. 

Bu haqda Axşam.az-a aparıcının özü xəbər verib. O, yeni biznesindən danışıb:

“Hazırda bir çoxları sponsor qıtlığından əziyyət çəkir. Amma mənə dəstək olanlar var. Şirkət çərçivəsində yeni veilişlər hazırlayacağıq. Onları həm paytaxt, həm də region kanallarında nümayiş etdirəcəyik. Eyni zamanda bir film çəkməyi düşünürük. Burada klip, reklam da çəkiləcək. Çoxdan belə bir planım var idi. Nəhayət, bunu reallaşdıra bildim. Şirkət "KAmedia" adlanır. Komedia kimi səslənsə də, biz burada ciddi işlərlə məşğul olacağıq".


Qaynar.info