Maqazin 13:00 19.09.2019

Azərbaycanlı aparıcılar 24 saat canlı yayımda olacaq

Sabah Azərbaycanda radio sahəsində ilkə imza atılacaq.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Xəzər Hit FM-də yayımlanan "6-dan sonra” verilişinin aparıcıları 24 saatlıq yayım edəcək.

Belə ki, 103 FM-də 20 sentyabr səhər 8:00-də başlayan yayım non-stop 21 sentyabr 8:00-də yekunlaşacaq.

Yayımın aparıcıları isə Cavid Osmanov, Əhəd MiriyevAzərin Məmmədli olacaq.

Proqrama məşhurlar da qonaq qismində qatılacaq.