Maqazin 15:03 31.08.2017

Azərbaycanlı aparıcılar evləndi: mağar toyu etdilər (FOTO/VİDEO)

Ötən gün ARB televiziyasının əməkdaşı, aparıcı Şaiq Ağayevin toy mərasimi baş tutub.

"Qaynarinfo" big.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı özünə qədim adət-ənənə ilə mağar toyu qurub. Mərasim aparıcının doğulub-böyüdüyü Xaçmaz rayonunun Mürşüdoba kəndində keçirilib. Toyda bəy tərifi, gəlingətirdi, bəyin oğurlanması kimi unudulmaqda olan milli toy adətləri yada salınıb.

ARB televiziyasının əməkdaşları və bir çox tanınmış simalar bu əlamətdar gündə cütlüyü tək qoymayıblar.

Şaiq Ağayev ARB Günəş televiziyasının aparıcısı Nuranə Nurahəmədova ilə ailə həyatı qurub.

Qeyd edək ki, tamaşaçılar bu cütlüyü ARB efirində yayımlanan məşhur “Buralar” verilişi ilə tanıyıblar.

Qaynarinfo.Az