Xəbər lenti

Azərbaycanlı astroloqdan açıqlama: Dünyanın sonu gəlir?
Ölkə 09:38 10.11.2017

Azərbaycanlı astroloqdan açıqlama: Dünyanın sonu gəlir?

Son günlərdə daha bir öncəgörən-ekstrasens özünün səs-küylü açıqlaması ilə  dünyanı təşvişə salıb. Bir neçə gün əvvəl hindistanlı Babu Kalayil adlı öncəgörən tezliklə güclü yeraltı təkanların olacağını və 11 ölkənin dəhşətli dağıntılara məruz qalacağını bildirib. Bu ölkələrə Yaponiya, Çin də aid edilir. 

Son vaxtlar "dünyanın sonu yaxınlaşır”, "dünya  böyük bir fəlakətin astanasında” kimi xəbərlər müxtəlif sosial şəbəkələrdə də baş alıb getməkdədir. Bu xəbərlərin ictimailəşdirilməsi insanlarda istər-istəməz böyük qorxu yaradır. 

Tanınmış astroloq Firudin Qurbansoy modern.az-a bildirib ki, bir çox insanlar bu cür xəbərlərə aldanır: " Ruhu zəif olan insanlar bu cür xəbərlərə aldanaraq, əllərində olan bütün ehtiyat pullarını xərcləyir. Məsələn, qədim maya təqvimi ilə 2012-ci il dekabrın 21-i hadisəsini götürək. Bu şayiəyə aldananlar sadəcə həmin biznesi idarə edən şəxslərin varlanmasına şərait yaratdılar. Bu gün də həmin biznesi idarə edənlər insanların zəif nöqtəsindən istifadə edib, varlanırlar. 2-3 il əvvəldən bu biznesmenlər dünyanın dağılacağını ya da güclü fəlakətin baş verəcəyini xəbər verirlər. Bunda əsas məqsəd yenə insanları qorxudub, bu yollarla varlanmaqdır”.

Firudin Qurbansoy qeyd edib ki, bu yaxınlarda "Nibiru əfsanəsi”ni dünyanın sonunun gəlməsi kimi qeyd edirdilər. Bunu da maya təqvimi ilə əlaqələndirirdilər: "Amma ümumiyyətlə Nibiru sözü mayalıların tarixində yoxdur. Bu, şumer əfsanəsidir. Bu əfsanədə də dünyanın sonuna dair tarix yoxdur. Bəzən bu yalanları NASA-nın adı ilə bağlayırlar. NASA ciddi təşkilatdır və belə informasiyalar verə bilməz”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->