Maqazin 01:00 29.10.2014

Azərbaycanlı biznesmenin sevgilisinin açıq-saçıq fotoları

Azərbaycanlı biznesmen Bəxtiyar Səlimovun sevgilisi, tanınmış balerina Anastasiya Voloçkova yeni açıq-saçıq şəkillərini paylaşib.

ANS PRESS-in məlumatına görə, Anastasiya növbəti klipinin çəkilişlərində iştirak edib. Kompozisiya "Mən səninlə xoşbəxt olacağam" adlanır. Anastasiya klipin şəkillərini Instagram hesabında dərc edib. Fotolarda balerina qumsallıqda çimərlik geyimində əks olunub.

"Bir neçə gün sonra videoklipin studiya dekorasiyası dənizin reallığı ilə əvəz olunacaq. Barmaqların arasından sürüşən qum... Mənim ideyam və rejissor fikiri", - Anastasiya yazıb.

Qeyd edək ki, klipdə eləcə də Voloçkovanın qızı Ariadna çəkilib.

Xatırladaq ki, Bakıda anadan olan 46 yaşlı iş adamı Bəxtiyar Səlimov bir necə ildir Voloçkova ilə sevgilidir.

Qaynar.info