Ölkə 15:48 13.10.2018

Azərbaycanlı dənizçilərin üzdüyü Panama teploxodu batdı

Qara dənizdə Panama bayrağı altında üzən teploxod batıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) məlumat yayıb.

Azov limanından yola çıxan və sahildən 50 mil aralanan gəmi metal qalıqları daşıyırmış. Teploxodun bütün ekipajı xilas edilib. Onlardan 2-si Türkiyə, 6-sı isə Azərbaycan vətəndaşları olub. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.