Siyasət 16:11 26.01.2019

Azərbaycanlı deputatlar yenidən AŞPA-da vitse-prezident seçildilər

Azərbaycan Milli Məclisinin deputatları Qənirə PaşayevaÜlviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

Azad Demokratlar Qrupu vitse-prezidenti postuna, ümumilikdə, 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.