İdman 21:30 14.10.2013

Azərbaycanlı dünya çempionu oldu

Bundan əvvəl Şükürov bürünc medal qazanmışdı.

Yunanıstanın Saloniki şəhərində gənclər və yeniyetmələr arasında sambo üzrə Dünya Çempionatı başa çatıb.

1news.az xəbər verir ki, çempionatının final günündə Azərbaycan qızıl medal qazanıb. Yeniyetmələr arasında turnirin final günündə Fuad Məmmədov (46 kq) rusiyalı idmançı Vladimir Alekseyev üzərində qələbə çalaraq, birinci olub.

Qeyd edək ki, bundan əvvəl Pərviz Şükürov (68 kq, yuniorlar) bürünc medal qazanmışdı.

Qaynar.info